İran İslam Respublikasının Azərbaycanın Bakı şəhərindəki səlahiyyətli səfirliyi bu gün (2020-ci olin Oktyabr ayının 16-dan 17-ə keçən gecə) gecə saatlarında Gəncə şəhərində bir neçə mülki şəxsin öldüyü və yaralandığı raket hücumunu kəskin şəkildə pisləyir.
APA-nın məlumatına görə, səfirlik həlak olanların ailələrinə başsağlığı, yaralananlara şəfa diləyir və bir daha günahsız insanlara, şəhərlərə hücumun beynəlxalq normalara və hüquqa zidd olduğunu vurğulayır:
“Bu kimi əməllər hərbi cinayət sayılır və dərhal dayandırılmalıdır”.